Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayon məktəblərində erkən və qohumlararası nikahın mənfi təsirlərinə dair maarifləndirici tədbirlər davam etdirilir

0

  • Noyabrın 14-də Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayonu Yeni Yaşayış massivində fəaliyyət göstərən Xocalı rayon ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər, onların valideynləri və həmin məktəbin pedoqoji kollektivi ilə “Erkən və qohumlararası nikahın fəsadları” mövzusunda maarifləndirici görüş keçirildi. Görüşdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik
    yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri
    Lamiyə Qarayeva, "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin
    direktoru Aqil Məmmədov, Xocalı RPŞ-nin Yetkinlik yaşına çatmayanların işləri
    üzrə inspektoru Tural Xəlilov, Qarabağ Regional Təhsil İdarəsinin Xocalı və Xocavənd təhsil sektorunun metodisti Nəvai Həsənov, Xocalı
    Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elmin Abdullayev, Xocalı
    rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev mövzu ətrafında çıxışlar etdilər. Tədbiri giriş sözü ilə açan
    Lamiyə Qarayeva cəmiyyətdə erkən nikahların yaranma səbəblərindən və bu
    halların qarşısının alınması istiqamətində görüləcək işlərdən, erkən nikahların
    mənfi nəticələri haqqında danışdı. Bildirdi ki, erkən nikahlar məişət
    zorakılığının bir təzahürüdür. Ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar
    hər zaman diqqətçəkən mövzulardan olub. Erkən nikahların qarşısının alınması
    üçün güclü normativ huquqi baza mövcuddur. Qanunvericiliyə əsasən, 18 yaşına çatmış şəxslər evlənmək və ailə qurmaq hüququna malikdirlər. Erkən nikah - ailə anlayışı və həyatı
    hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər
    formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır. Erkən
    nikaha razılıq verən valideynlər onun mənfi tərəflərini də düşünməlidir.  "Xocalı Rayon Mərkəzi Xəstəxanası"
    publik hüquqi şəxsin direktoru Aqil Məmmədov erkən nikahın və hamiləliyin zərərlərindən
    danışaraq bildirdi ki, bu cür nikahlardan sonra doğulan körpənin də, ananın özünün
    də həyatı təhlükədə olur. Erkən nikahların yaratdığı daha bir problem də cəmiyyət
    üçün sağlam olmayan nəslin yetişməsi, əlilliyi olan uşaqların doğulmasıdır.
    Qızların 18 yaşdan tez nikaha daxil olmaları onları fiziki, cinsi və psixoloji
    zorakılıq qurbanına çevirə bilər.Xocalı RPŞ-nin Yetkinlik
    yaşına çatmayanların işləri üzrə inspektoru Tural Xəlilov məruzə ilə çıxışında
    erkən nikahların qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş
    müddəaları diqqətə çatdırdı. Qeyd etdi ki, qız övladlarının məktəbdən
    yayındırılaraq erkən nikaha cəlb edilməsi probleminin həlli istiqamətində əlaqədar
    şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi qaçınılmazdır. Bu prosesdə
    iştirak edən valideynlər də, əlaqədər şəxslər də özlərində məsuliyyət hiss etməli
    və hüququn aliliyindən kənarda qalmamalıdırlar.Qarabağ Regional Təhsil İdarəsinin
    Xocalı və Xocavənd təhsil sektorunun metodisti Nəvai Həsənov çıxışında erkən
    nikahın fəsadlarının qarşısının alınması istiqamətində maarifləndirmə işinin
    vacibliyini diqqətə çatdıraraq bildirdi ki, bu kimi tədbirlər mütəmadi keçirilməli,
    sosial-psixoloji dəstəyə ehtiyacı olan qız uşaqlarına diqqət daha da
    artırılmalı və onların cəmiyyətə adaptasiya olunması yolunda səylər gücləndirilməlidir.
    Orta məktəblərdə davamlı təlimlər, seminarlar təşkil olunmalı, xüsusilə
    qızların təhsilə cəlb edilməsi istiqamətində vacib addımlar atılmalıdır. Xocalı rayon İcra Hakimiyyəti
    yanında İctimai Şuranın sədri Qalib Quliyev Yetkinlik yaşına çatmayanların işləri
    və hüquqlarının müdafiəsi üzrə komissiyanın erkən nikahların qarşısının
    alınması, narkomaniya ilə mübarizədə rayonumuzun digər aidiyyəti idarələrlə
    birgə maarifləndirici tədbirlərin təşklilini müsbət qiymətləndirərək qeyd etdi
    ki, görülən işlərin nəticəsi olaraq rayonumuzda bu kimi hallar yoxdur. Erkən
    nikaha daxil olan qızları yaz gəlməmiş günəşin aldadıcı istisindən həvəslənərək
    çiçək açan güllərə, onların sonrakı taleyini isə şaxtadan ləçəkləri donaraq məhv
    olan çiçəklərə bənzədən Qalib Quliyev şagirdlərin əsas vəzifələrinin yaxşı
    oxumaları, dövlətimiz üçün layiqli vətəndaş kimi yetişmələri olduğunu
    vurğuladı.











    Tədbirdə erkən nikah və onun fəsadları
    mövzusunda videoçarxlar nümayiş etdirildi. 

                   
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib123 dəfə
    Xocalı rayon məktəblərində erkən qohumlararası nikahın mənfi təsirlərinə dair maarifləndirici tədbirlər davam etdirilir

    Maraqlı gələ bilər
    44
    30
    52
    59